Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

İranın Ali Dini Lideri – Aksiyalara külli miqdarda pullar xərclənib 

“İran xalqı dərin və çox təhlükəli sui-qəsdin qarşısını ala bildi”.

İran xalqı sui-qəsdin qarşısını ala bildi.

Din.az xəbər verir ki, bunu İranın Ali Dini Lideri Əli Xamenei deyib.

“İran xalqı dərin və çox təhlükəli sui-qəsdin qarşısını ala bildi. Xarici qüvvələr tərəfindən buna pullar xərclənib. Onlar çalışırdılar ki, uyğun andan istifadə edib, destruktiv hərəkətə başlasınlar”, – deyə o bildirib.

Qeyd edək ki, İranda 15 noyabrda benzinin qiyməti üçqat bahalaşıb. Buna etiraz edən çoxsaylı aksiyaçı küçələrə çıxıb.

İranın əksər şəhərlərini əhatə edən aksiyalara hüquq-mühafizə orqanı əməkdaşlarının müdaxiləsi nəticəsində 106 nəfərin öldüyü, yüzlərlə şəxsin həbs edildiyi bildirilir. Bəzi məlumatlara görə, alənlərin sayı 200-dən çoxdur. / Axar.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...