Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

İranın ali dini liderinin nümayəndəsi qətlə yetirildi

Şəhərin imam-cüməsi Məhəmməd Xorsənd qətlə yetirilib.

İranın Kazerun şəhərində İranın ali dini lideri Ayətullah Xameneyinin bu şəhərdəki nümayəndəsi və şəhərin imam-cüməsi Məhəmməd Xorsənd qətlə yetirilib.

Din.az bildirir ki, qətl bu gün səhər saatlarında Fars əyalətinin Kazerun şəhərində M.Xorsəndin evinin qarşısında törədilib.

Naməlum şəxs bir neçə bıçaq zərbəsi ilə M.Xorsəndi ağır yaralayıb. Ruhani xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

İran KİV-nin məlumatına görə, qətli törədən şəxsin kimliyi müəyyənləşdirilib və onun həbs edilməsi istiqamətində işlər davam etdirilir. / Ona.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...