Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

İranın başı agentlərə qarışdı, azərbaycanlı zəvvarlar itkin düşdü – FOTOLAR

Azərbaycanlı zəvvarlar arasında itkin düşənlər var.

Ərbəin mərasimində iştirak etmək üçün İraqa gedən zəvvarlar ciddi problemlərlə qarşılaşır.

Din.az Publika.az-a istinadən xəbər verir ki, azərbaycanlı zəvvarlar arasında itkin düşənlər var.

İtkin düşən Masallı rayon sakini,1998-ci il təvəllüdlü Fətullayev Hüseyn İltimas oğlu polislər tərəfindən saxlanılıb. Məlumata görə, gecə yarısı zəvvar qrupundan ayrılan Hüseyn Fətullayev Nəcəf-Kərbəla yolunda park edilən avtomobillərin birinə daxil olaraq yatıb. Lakin yoldan keçən avtomobillərdən biri onun içində olduğu avtomobillə toqquşaraq qəza törədib. Nəticədə İraq polisi onu saxlayaraq, təcridxanaya aparıb.

H. Fətullayevin əqli qüsuru olduğu deyilir. Lakin həbsxanadan buraxılması üçün cərimə ödəməsi tələb olunur. Sosial şəbəkələrdə yayılan məlumatlara görə, zəvvarları aparan şirkət cəriməni ödəməkdən boyun qaçırdığı üçün Azərbaycan vətəndaşı hazırda İraq həbsxanasındadır.

Rahim Həsənli adlı sosial şəbəkə istifadəçisi bu haqda yazır: “Azərbaycanlı zəvvarları Ərbəin mərasimində iştirak üçün İraqa aparan şirkət 100 minlərlə dollar pul qazanır, lakin zərəri ödəmək istəmir. Qrup rəhbəri qoca kişidir, qalıb yollarda, amma şirkətin heç bir nümayəndəsi onunla maraqlanmır. Valideynləri ah-nalə edirlər”.

Oktyabrın 27-də isə Cəlilabad rayon sakini 1987-ci il təvəllüdlü Əliyev İsmayıl İntiqam oğlu da Nəcəf-Kərbəla yolunda yoxa çıxıb. Onun taleyi məlum deyil.

Ərbəin mərasimi zamanı zəvvarların itkin düşməsi, yaxud digər problemlərlə qarşılaşması halları birinci dəfə deyil. Xüsusilə oğurluq halları mütəmadi olaraq baş verir.

Ərbəin mərasimi İraqda keçirilsə də, zəvvarların ora aparılması, ziyarətin təşkili və təbliğatını İran həyata keçirir. Misal üçün, İranın Gilan və Ərdəbil vilayətləri rəsmilərinin açıqlamalarında bildirilir ki, bu il Kərbəla şəhərində keçirilən Ərbəin yürüşünə Azərbaycan və Gürcüstandan olan zəvvarlar Biləsuvar sərhəd məntəqəsindən, Dağıstan və Çeçenistandan olan 13000 zəvvar isə İranın Astara sərhəd keçid məntəqəsindən keçəcək. Elam vilayətinin Mehran sərhəd keçid məntəqəsində Rudsər qəsəbəsinin düşərgəsi digər postsovet respublikalarından olan 5000 azərbaycanlı zəvvara xidmət göstərəcəkdir. Əşrəfiyyə, Siyahkol, Lahican və Ləngərud şəhərləri düşərgələrində əlavə 5000 zəvvarın qalması üçün şərait yaradılıb. Həmçinin Rəşt, Fumən, Şəft, Suməsəra, Masal, Ənzəli və Rizvanşəhr şəhərlərinin düşərgələri də Kərbəla zəvvarlarına xidmət göstərəcəkdir. Hər bir zəvvar üçün bir günlük xərc 400 min rial (8 manat) nəzərdə tutulub ki, bu məbləğ də İranın ali dini rəhbərinin xüsusi fondundan ödənilir. Lakin zəvvarların başına gələnlər təşkilatçılığın zəif olduğunu sübut edir. Xüsusilə son iki hadisə Kərbəlaya səfərləri təşkil edən qrup və şirkətlərin əsasən maddi maraq güddüyü və zəvvarların taleyi ilə maraqlanmadığını göstərir. Araşdırmalar göstərir ki, İranın dini mərkəzləri əsas diqqəti zəvvarlar arasından özlərinin “təsir agentləri”ni seçmək və onlar arasında xüsusi təbliğat aparmağa yönəldir. Görünür, “təsir agenti” ola bilmək potensialı olmayan digərlərinin taleyi təşkilatçıları maraqlandırmır. Fiziki qüsurlu azərbaycanlının adi yol-nəqliyyat qəzasına görə hələ də həbsxanada saxlanılması və ondan cərimə tələb olunması da bunun əyani nümunəsidir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...