Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

İranın dini lideri Ayətullah Xamenei öldümü? – Ölüm səbəbi belə açıqlandı – FOTOLAR

Mərasimdə Xomeneinin iştirak etməməsi “ölüm” dedi-qodularını yayılmasına səbəb olub.

İranda Rza Pəhləvinin devrilməsindən sonra İslam inqilabının üzərindən 39 il keçib.

Din.az xəbər verir ki, inqilabın 39-cu ili Tehranın Azadi Meydanında təşkil olunan mərasimlə qeyd edilib. Mərasimdə Xomeneinin iştirak etməməsi “ölüm” dedi-qodularını yayıb.

İranda inqilabın 39-cu ili xalq tərəfindən böyük coşqu ilə qeyd edilib. Paytaxt Tehranda yerləşən Azadi Meydanında toplaşan İran xalqı əllərində tutduqları İran bayraqları və şüarlarla inqilabın ildönümünü qeyd ediblər.

Azadi Meydanında keçirilən mərasimdə İran İslam Respublikasının prezidenti Həsən Ruhani də iştirak edib. Lakin inqilabın 39-cu ildönümünün qeyd edilməsində İranın dini lideri Ayətullah Seyid Əli Xameneinin iştirak etməməsi haqqında çıxan iddialara kölgə salıb. Xomeneinin neçə gündür evdən çıxmaması və səhhətinin getdikcə pisləşməsi dini liderin ölməsi xəbərini də özüylə birlikdə gətirib.

Çünki Xomeneinin hər il prezident Həsən Ruhani ilə birlikdə mərasimə qatıldığı halda, bu il gəlməməsi iddiaların doğru olduğunu daha da gücləndirib. Belə ki, artıq bir çox qəzetlərdə Xameneinin öldüyü iddiaları yer alıb. Hətta dini liderin ölməsi ilə bağlı yayılan xəbərlərin nə dərəcədə düzgün olub-olmaması barədə açıqlama verilməsə də, media dini liderin ölüm səbəbinin bağırsaq xərçəngi olduğunu bildirib. / A24.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...