Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

İranın dini lideri hədələdi: Britaniyanın addımı cavabsız qalmayacaq…

“Britaniya dəniz quldurluğu edir, İranın gəmisini oğurlayır və onu qanuniləşdirir.”

“İran İslam Respublikası neft tankerinin saxlanılmasını cavabsız qoymayacaq”.

Din.az Trend-ə istinadən xəbər verir ki, bunu İranın dini lideri Ayətulla Əli Xamneyi İranda imamların toplantısında deyib.

İranın dini lideri əlavə edib ki, Britaniya dəniz quldurluğu edir, İranın gəmisini oğurlayır və onu qanuniləşdirir.

Xatırladaq ki, 4 iyulda Cəbəllütariq boğazında Britaniya Dəniz Qüvvələri İrana məxsus neft tankeri saxlayıblar.

Cəbəllütariq neft tankerinin Suriyaya getdiyi və Avropa İttifaqının Suriyaya tətbiq etdiyi sanksiyaları pozduğuna görə saxlanıldığı bildirilir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...