Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

İranın dini lideri iqtisadi müharibəyə müqavimət göstərməyə çağırıb

Dini lider “sürətli və ədalətli” hüquqi hərəkətlərə çağırış edib.

İranın ali dini lideri Əli Xamenei ölkədə iqtisadi müharibəyə qarşı müqavimət göstərmək üçün “sürətli və ədalətli” hüquqi hərəkətlərə çağırış edib.

Din.az xəbər verir ki, bu barədə IRNA agentliyi yazıb.

“Mən bu təkliflə razıyam. Hədəf ondan ibarətdir ki, iqtisadi korrupsiyaçılar tez və ədalətli şəkildə cəzalandırılsın. Zəhmət olmasa, uyğun məhkəmə qərarlarını tövsiyə edin”, – deyə Xamenei bildirib. / Report.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...