Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

İranın Hollandiyadakı səfirlik binasına hücum edilib

Avropada İran səfirliyinə hücum edilib.

Hollandiyanın Haaqa şəhərində yerləşən İran səfirliyinə hücum təşkil edilib.

Din.az Qaynarinfo-ya istinadən xəbər verir ki, səfirlik qarşısında etiraz aksiyası təşkil edən bir qrup şəxs binaya daş və bəzi cisimlər atıb, tikiliyə girməyə çalışıb. Hadisə zamanı 4 nəfər həbs edilib.

Qeyd edək ki, etiraz edənlər Hollandiyada 2015-2017-ci illərdə öldürülən iranlıların yaxınları olub. Həmin şəxslər ailə üzvlərinin İranın sui-qəsdi nəticəsində öldürüldüyünü iddia edir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...