Bəqərə surəsi, 6-cı ayə

(Ya Rəsulum!) Həqiqətən, kafirləri əzabla qorxutsan da, qorxutmasan da, onlar üçün birdir, iman gətirməzlər.

İranın keçmiş prezidenti dünyasını dəyişdi

Share Button

O, İranın dördüncü prezidenti olub.

İranın sabiq prezidenti, Məsləhət Şurasının sədri Əli Əkbər Haşimi Rəfsəncani vəfat edib.

“Din.az” “A24.Az”a istinadən xəbər verir ki, sabiq prezident bu gün yerləşdirildiyi xəstəxanada 82 yaşında dünyasını dəyişib.

150316101718__81665932_109849909

Sabiq prezident bu gün ürək tutmasından sonra xəstəxanaya yerləşdirilmişdi.

Əkbər Haşimi Rəfsəncani 25 Avqust 1934-cü ildə anadan olub.

O, İranın dördüncü prezidenti olub.

Rəfsəncani 1989-1997 ildə İran prezidenti olub. 2005-ci ildə İrandakı prezident seçkilərində Mahmud Əhmədinecəd səs çoxluğu ilə onu qabaqlayıb. Həmçinin 1980-ci ildən 1989-cu ilə qədər İran Parlamentinin Sədri təyin olunub. 1980-ci ildə ona qarşı olan sui-qəsd uğursuzluqla nəticələnib.

O, praqmatik konservativ siyasətçi kimi tanınır. O, azad bazar pozisiyasını dəstəkləyirdi. 1993-cü ilin oktyabrında Bakıda rəsmi dövlət səfərində olub.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir