Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

İranın keçmiş prezidenti Əhmədinejad dövlətə 3,5 milyard dollar ziyan vurub

“Əhmədinejad 3,5 milyard dollarlıq zərəri geri ödəməlidir”.

İranda keçmiş prezident Mahmud Əhmədinejadın ölkə rəhbəri olduğu dövrdə – 2009-cu ildə neft gəlirləri ilə bağlı qanunsuzluqlarla əlaqədar dövlətin məruz qaldığı zərəri ödəməsi barədə qərar çıxarıldığı məlum olub.

Din.az bildirir ki, bu barədə İran parlamentinin İCANA informasiya agentliyi məlumat yayıb.

Məlumata əsasən M. Əhmədinejad prezident olduğu, 9-cu və 10-cu hökumətlərin fəaliyyət göstədiyi dövrdə neft məhsulları idxalı və neft gəlirlərindən xəzinəyə pul ayrılması məsələsi ilə əlaqədar dövlətin məruz qaldığı 3,5 milyard dollar vəsaiti ödəməyə məhkum edilib.

Parlamentin Planlaşdırma və büdcə komissiyasının sədri Qolamrza Tacgerdun bildirib ki, M.Əhmədinejadın əmri ilə İran Milli Neft Şirkəti qanuna zidd olaraq neft məhsulları idxal edib və şirkət gəlirlərindən dövlət xəzinəsinə qanunsuz pullar ödənib. G.Tacgerdun qeyd edib ki, bununla bağlı sənədlər araşdırılıb: “Mahmud Əhmədinejad 3,5 milyard dollarlıq zərəri geri ödəməlidir”. / APA.AZ

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...