Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

İranın liderləri varlı bir ölkəni, şiddət, qan və xaos ixrac edən ölkəyə çevirdi: ABŞ-dan açıqlama

“İran liderlərindən ən çox zərər görən İran xalqıdır”.

ABŞ Dövlət Katibliyi İranda hökumətə qarşı baş verən nümayişlər barəsində açıqlama verib.

Din.az bildirir ki, Nazirliyin mәtbuat katibi Heather Nauert Ruhaninin ölkəni xaos, şiddət və qan ixrac edən bir ölkəyə çevirdiyini ifadə edib.

İranın Məşhəd və Kaşmer şəhərlərində dövlət başçısı Həsən Ruhaninin rəhbərliyinə qarşı başlayan etirazlar Kirmanşahda da qığılcımlar oyadıb.

Ölkənin aclıq, iqtisadi gərginlik içərisində boğulduğunu deyən amerikalı diplomat bildirib ki, İranın liderləri, zəngin tarixi, mədəniyyəti olan varlı bir ölkəni, şiddət, qan və xaos ixrac edən, iqtisadiyyatı bitmiş fırıldaqçı bir ölkəyə çevirdi:

“Ölkə başcısı Trampın da söylədiyi kimi, İran liderlərindən ən çox zərər görən İran xalqıdır. ABŞ dinc nümayişçilərin həbs olunmasını sərt bir şəkildə qınayır. Bütün ölkələri İran xalqını, onların hüquqlarını əlindən alma və sui-istifadələrə son vermə cəhdlərini açıq bir şəkildə dəstəkləməyə çağırırıq.”

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...