Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

İranın mühüm fiquru Xamenei üzə çıxdı: Ağzından çıxan sözlər şübhə yaratdı

Xamneyi bir həftəlik susğunluğuna son qoydu.

İranın dini lideri axund Əli Xamneyi yanvarın 2-də bir qrup “şəhid ailələri” ilə görüşərək, ona və onun başçılıq etdiyi hakim rejimə qarşı ölkədə keçirilən kütləvi etirazlara münasibət bildirib.
Din.az bildirir ki, Xamneyinin etirazların 6-cı günündə üzə çıxaraq bir həftəlik susğunluğuna son qoyması diqqətləri özünə çəkib.
Öz çıxışında, xalqın hakimiyyətə qarşı üsyanının səbəblərinə və onun təfərrüatına toxunmayan Xamneyi, İran şəhərlərində ona və islam respublikasına qarşı keçirilən etirazları xarici düşmənlə əlaqələndirib: “Düşmən həmişə fürsət dalınca gəzərək ölkəyə nüfuz etməyə və millətə zərbə vurmağa çalışıb. Lakin millətdə olan iman, fədakarlıq və şücaət, düşmənin öz niyyətini həyata keçirməsinə mane olub.

Son günlər, İran düşmənləri bir-biri ilə birləşərək, əllərində olan imkanlarla, o cümlədən də pul, silah, siyasət və təhlükəsizlik orqanları vasitəsilə bizim islami sistemimizə problem yaratmağa cəhd göstərdilər. Mənim ölkədə baş verən olaylarla bağlı deyiləsi sözlərim var və vaxtı gələndə onları əziz millətimizlə bir araya qoyacağam”.

Xatırladaq ki, İran hakimiyyətinin iqtisadi, daxili və xarici siyasətinə qarşı ilk etirazlar, “Bahalığa yox” adı altında “Teleqram” sosial şəbəkəsində edilən çağırışa əsasən, dekabrın 28-də Rəzəvi Xorasan əyalətinin Məşhəd şəhərindən başlanıb. Son günlər isə etirazçıların səsləndirdiyi şüarlar daha sərtləşərək bütün molla hakimiyyətinin əleyhinə yönəlib.

İranın 40-a yaxın şəhərində ölkənin ağır və acınacaqlı iqtisadi durumuna, yoxsulluğa, repressiyalara, rejimin daxili və xarici müdaxiləçi siyasətinə qarşı keçirilən etirazlarda, axund Əli Xamneyiyə, prezident Həsən Ruhaniyə və digər rəsmilərə qarşı ölüm şüarları səsləndirilir. Etirazlar davam etdir. / A24.az

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...