Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

İranın parçalanması ilə bağlı planlarda AZƏRBAYCANIN adı keçdi – VİDEO

İran üzərində də necə parçalanma edəcəklər?

Türkiyədə yayımlanan kanalların birində “Qlobal dünyanın gündəmi nədir?” başlığı altında müzakirə zamanı Azərbaycanla bağlı məqam diqqət çəkib.

Din.az “A24.az”-a istinadən bildirir ki, verilişdə jurnalist Bülent Erandaç 1997-ci ildə ata Buşun planlarından danışıb:

“Jurnalistlik etdiyimiz 1997-ci illərdə Amerikada böyük planlar qurulurdu. Bunlar dünyanı yenidən dizayn etmək idi. Məndə 1997-ci ildə hazırlanan planlar, Bernar Lousin Orta Şərqlə bağlı xəritələri var. Həmin xəritədə cızılanları bu gün eyni ilə görürəm. İranda yaşananlar, Kürdüstanın yerləşdirilməsi, Orta Şərqi necə parçalayırlar və İran üzərində də necə parçalanma edəcəklər – bütün bunlar var. İranın parçalanması ilə bağlı planlarda iki bölgə diqqətimi çox cəlb etdi: birincisi Xuzistan, ikincisi Belucistandır, üçüncüsü də Azərbaycan üzərindən İranla bağlı planlar qurulub. Onları işləyə-işləyə bu günümüzə gətirdilər”.

Sözügedən verilişdən olan görüntüləri sizə təqdim edirik:

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...