Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

İranın qadın ağırlıqqaldıranları ilk dəfə beynəlxalq yarışa qatılıblar

Turnirdə 22 ölkədən 248 atlet qüvvəsini sınayır.

İranlı qadın ağırlıqaldıranlar ilk dəfə beynəlxalq yarışa qatılıblar.

Din.az bildirir ki, Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının rəsmi saytının verdiyi məlumata görə, atletlər Özbəkistanın Urqenç şəhərində bu gün start götürən yeniyetmələr arasında Asiya çempionatında iştirak edirlər. Turnirdə 22 ölkədən 248 atlet qüvvəsini sınayır.

Asiya çempionatı oktyabrda Argentinanın paytaxtı Buenos-Ayresdə keçiriləcək Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır. Əvvəllər qonşu ölkənin qadın idmançılarına ağırlıqqaldırma yarışlarında iştirak qadağası qoyulmuşdu.

Qeyd edək ki, Asiya çempionatı aprelin 30-dək keçiriləcək.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...