Bəqərə surəsi, 6-cı ayə

(Ya Rəsulum!) Həqiqətən, kafirləri əzabla qorxutsan da, qorxutmasan da, onlar üçün birdir, iman gətirməzlər.

İranın Türkiyə ilə bağlı açıqlaması

Share Button

Türkiyənin qonşuları ilə əlaqələri yenidən canlanıb.

Baş nazir Binəli Yıldırımın İraq ziyarətini qiymətləndirən İran lideri Ayətullah Əli Hameneyinin baş müşaviri Əli Əkbər Vəlayəti deyib: “Türkiyə-İraq arasında gərginliyin azalması və dostluq əlaqələrinin yenidən qurulmasını razılıqla qarşılayırıq. Bölgədəki millətlərin gözəl yaşaması, gərginlikdən çəkinib regional əməkdaşlığa yönəlməkdən azılıdır”.

Iranian President Hassan Rouhani, second left, and Turkish Prime Minister Recep Tayyip Erdogan shake hands at the start of their meeting while Iran's First Vice President Eshagh Jahangiri, far right, looks on in Tehran, Iran, Wednesday, Jan. 29, 2014. Erdogan arrived in Tehran for talks with Iranian leaders on bilateral ties and regional issues including Syria. (AP Photo/Ebrahim Noroozi)

“Din.az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Vəlayəti fikirlərini belə davam etdirib: “Türkiyə hökumətinin İraqla gözəl qonşuluq əlaqələri yaradaraq bu ölkənin torpaq bütövlüyünə hörmətlə yanaşması ilə bağlı atdığı addım müsbət addımdır. Bu dostluq əlaqəsinin Türkiyə və Suriya arasında da yaradılmasına ümid edirik. Türkiyə və Suriya arasında mövcud olan gərginlik nə Türkiyənin, nə də Suriyanın faydasınadır. İki ölkə arasındakı əlaqələrin Türkiyənin qonşularıyla yürütdüyü problemsiz qonşuluq dövrünün qayıtmasına ümid edirik”.

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir