Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

İranın xarici işlər naziri Azərbaycana səfərə gəlib

Bakıda Azərbaycan, İran, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin dördtərəfli görüşü keçirilir.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Azərbaycana səfərə gəlib.

Din.az xəbər verir ki, Zərif bu gün Bakıda keçiriləcək Azərbaycan, İran, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin dördtərəfli görüşündə iştirak edəcək.

Bu gün Bakıda Azərbaycan, Türkiyə, İran və Gürcüstan xarici işlər nazirlərinin birinci dördtərəfli görüşü keçiriləcək.

Qeyd edək ki, 2017-ci il sentyabrın 6-da Bakıda Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin altıncı üçtərəfli görüşü, dekabrın 20-də isə Azərbaycan, İran və Türkiyə xarici işlər nazirlərinin beşinci üçtərəfli görüşü keçirilib. / Trend.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...