Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

İranın XİN başçısı: “Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri ilə münasibətləri normallaşdırmağa hazırıq”

“İran əhalisi amerikalılaradan fərqli olaraq, bölgənin bir hissəsidir”.

“İran Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri ilə danışıqlar aparmağa, münasibətləri normallaşdırmağa hazırdır”.

Din.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Məhəmmədcavad Zərif bildirib.

Onun sözlərinə görə, İran Rusiya, Türkiyə, Pakistan, İraq və bir sıra körfəz ölkələri ilə əməkdaşlığı inkişaf etdirir.

ABŞ-İran münasibətlərindən danışan nazir deyib: “Amerikalılar bizə həmişə belə bir sualla müraciət edirlər: “İran bölgədə nə edir?” Cavab olaraq bildirirəm ki, İran əhalisi amerikalılaradan fərqli olaraq, bölgənin bir hissəsidir”. / Report.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...