Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

İranla ABŞ münasibətləri gərginləşir

Tramp İrana qarşı göndəriləcək 14 min əsgərdən danışdı.

“Səduiyyə Ərəbistanına 12 min əsgər göndərəcəyimizə dair çıxan xəbərlər yanlışdır. Daha doğrusunu desək, bu, yalan xəbərdir”.

Din.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib.

Prezident Konqres və Müdafiə Nazirliyinin qarşı-qarşıya gətirən Yaxın Şərq planına dair tvitterindən fikirlərini paylaşıb.

ABŞ mətbuatında çıxan xəbərlərdə isə bu rəqəm 14 min kimi qeyd edilib.

Qeyd edək ki, “Wall Street Journal” qəzeti Tramp Administrasiyasının İrana qarşı Yaxın Şərqə minlərlə əsgər göndərəcəyini planlaşdırdığını adı açıqlanmayan ali səlahiyyətli rəsmi mənbəyə istinadən xəbər vermişdi. Pentaqon da ötən gün iddianı təkzib edib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...