Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

İranla Ərəbistan arasında vəziyyət gərginləşir – VİDEO

Baş müfti iranlılara zərdüşt dedi…

Səudiyyə Ərəbistanının baş müftisi rəsmi Tehranı islamdan əvvəl İranın qədim dini olan zərdüştlüyə sadiq qalmaqda ittiham edib.

“Biz başa düşməliyik ki, onlar müsəlman deyillər, onlar zərdüştün nəvələridirlər və onların müsəlmanlara, xüsusilə də sünnilərə qarşı düşmənçiliyi qədimdən gəlir” deyə müfti bildirib.

İran İslam Respublikasının xarici işlər naziri Ərəbistanın baş müftisinin təhqiramiz sözlərinə reaksiya verib. Məhəmməd Cavad Zərif öz tvitter səhifəsində “iranlı müsəlmanların vəhhabi müftinin və terrorçuların səudiyyəli rəhbərlərinin təbliğ etdiyi irqçi ifratçılıq ilə heç bir oxşarlığı yoxdur” deyə yazılı açıqlama verib.

Qeyd edək ki, İranın ali dini lideri Ayətullah Əli Xameneyi ötən il həcc ziyarəti zamanı baş verən izdiham nəticəsində zəvvarların ölməsinə görə Səudiyyə Ərəbistanı rəhbərliyini günahlandırmışdı. Həmin izdihamda isə 2426 nəfər dünyasını dəyişmişdi ki, bunlardan da 464-ü iranlı idi.

Səudiyyə rəhbərliyi isə sadəcə 769 nəfərin öldüyünü bildirmişdi.

“Din.az” mövzu ilə bağlı videoxəbəri təqdim edir:

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...