Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

İranla Fransa arasında razılaşma

Emmanuel Makronla Həsən Ruhani arasında telefon danışığı baş tutub.

Fransa Prezidenti Emmanuel Makronla İran lideri Həsən Ruhani arasında telefon danışığı baş tutub.

Din.az xəbər verir ki, bu barədə Yelisey sarayı məlumat yayıb.

Danışıq zamanı Makron Şərqi Qutada silahlı atışmaların dayandırılması üçün iranlı həmkarından Dəməşqə təzyiq etməyini istəyib.

Fransa tərəfi həmçinin Qutaya təcili surətdə humanitar yardımların çatdırılmasının vacibliyini bildirib.

Makron və Ruhani Suriyada atəşin dayandırılması və humanitar yardımların çatdırılması ilə bağlı razılığa gəlib.

Tərəflərin qarşıdakı həftə yenidən danışıqlar aparacaqları ehtimal edilir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...