Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

İranla müharibəni dəstəkləməyəcəyik – Qətər

“Qətər İranla qonşudur və hər zaman sülh danışıqlarını dəstəkləyəcək”.

Qətər baş nazirinin müavini və Müdafiə naziri Xalid bin Məhəmməd əl-Attiyə ölkəsinin İrana qarşı hər hansı hərbi əməliyyatlara dəstək verməyəcəyini açıqlayıb.

Din.az xəbər verir ki, Sinqapurda Asiya Təhlükəsizlik Zirvəsindən sonra jurnalistlərə açıqlama verən nazir Qətərin İranla qonşu olduğunu və hər zaman danışıqlardan yana mövqe tutacaqlarını bildirib.

“ABŞ-la İsrailin İranla müharibə çağırışı sizcə ağıllı davranışdırmı? Əgər 3-cü bir ölkə bölgə dövlətlərini İranla müharibəyə səsləyirsə, çox təhlükəli addım atır”, – deyə o, söyləyib.

Attiyə ölkəsinin İranla imzalanmış nüvə sazişinə sadiq olduğunu da deyib.

Qeyd edək ki, ABŞ hazırda Qətərdəki Əl Üdeyid avibazası vasitəsilə İraq və Suriyada İŞİD-ə, Əfqanıstanda isə Talibana qarşı əməliyyatlar keçirir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...