Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

İranlı alimlər Şərqşünaslıq İnstitutunda olublar (FOTO)

Gilanşünaslıq Tədqiqat Mərkəzinin bir qrup alimi ölkəmizə səfər ediblər.

Gilan Universitetinin Gilanşünaslıq Tədqiqat Mərkəzinin bir qrup alimi AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda olublar.

Din.az bildirir ki, Şərqşünaslıq İnstitutundan Trend-ə verilən məlumata görə, nümayəndə heyətinə Mərkəzin sədri dr. Seyyid Haşimi Musəvi, sədr müavini dr. Reza Əlizadə, tarix şöbəsinin müdiri dr. Abbas Pənahi və Gilan Vilayətinin Mədəniyyət İdarəsinin rəhbəri dr. Kazım Fəllahi daxil olub.

Gilanlı alimlər ilk olaraq millət vəkili, Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva ilə görüşüblər. Qonaqlara Şərqşünaslıq İnstitutunda iranşünaslıq sahəsində görülən işlərlə bağlı məlumat verən G.Baxşəliyeva iki müəssisə arasında elmi əlaqələrin genişlənməsinin hər iki tərəfin alimləri üçün faydalı ola biləcəyini qeyd edib.

İranlı alimlər öz tədqiqatlarından söz açaraq, Azərbaycan alimləri ilə birgə elmi tədqiqatlar aparmaq, bir-birinə elmi araşdırmalarında yardım göstərmək istəyində olduqlarını bildiriblər. Görüşdə qarşılıqlı əməkdaşlığın gələcək perspektivləri müzakirə edilib.

Daha sonra gilanlı alimlər Şərqşünaslıq İnstitutunun direktor müavini, akademik Şahin Mustafayevlə görüşərək qarşılıqlı əməkdaşlıq və birgə elmi layihələr həyata keçirmək imkanları ilə bağlı müzakirələr aparıblar.

Qonaqların daha sonra Şərqşünaslıq İnstitutunun İranşünas tarixçi alimləri ilə görüşü də faydalı olub.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...