Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

İranlı axund bəhailərlə ünsiyyət quranları təhdid etdi

“Bəhai dininin meydana çıxmasında Böyük Britaniya ilə İsrail əsas rol oynayıb”

İranın baş prokuroru, axund Məhəmməd Cəfər Müntəziri iyunun 4-də jurnalistlərə açıqlamasında ölkədə bəhailərlə ünsiyyət quran, onlarla dostluq edən və ya əlaqə saxlayan vətəndaşları təhdid edib.

“Din.az” “GünazTV”yə istinadən xəbər verir ki, İranda bəhai icmasını “azğın bir toplum” adlandıran axund Məhəmməd Cəfər Müntəziri deyib ki, bəhai dininin meydana çıxmasında Böyük Britaniya ilə İsrail əsas rol oynayıb: “Bəhailiyə qiymət verilməsi, İmam Zamanın ürəyinə xəncər sacılması deməkdir. Elə buna görə də, bizim cəmiyyətdə bəhailərə dəyər verməyimiz, onları gündəmə gətirməyimiz və onlarla əlaqə saxlayaraq ünsiyyət saxlamağımız ağıllı bir iş sayılmır.

Bu xurafatçı sekta (Bəhai dini), təfəkkür və düşüncə nəticəsində yox, müstəmləkəçilərin əli ilə yaradılaraq ortaya çıxarılıb. Məhz buna görə də bəhailərin təbliğat aparmağa haqqı yoxdur. Mən ölkədə bəhailərlə ünsiyyət quran və onlarla əlaqə saxlayanlara xəbərdarlıq edərək bildirirəm ki, onlar bu rəftar və hərəkətlərinə görə, məsuliyyətə cəlb edilərək qanun qarşısında cavabdeh olacaqlar”.

5

Axundun bəhailərlə bağlı ölkə vətəndaşlarına xəbərdarlıq etməsi, Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun rəisi ayətullah Haşimi Rəfsəncaninin qızı Faizə Haşiminin bəhai rəfiqəsi Fəriba Kamal Abadinin evinə gedib onunla görüşməsi ilə bağlı açıqlamasından 3 həftə sonraya təsadüf edib.

4F32F078-34EF-422D-877F-0AD5C4418FCF_mw1024_s_n

İranda Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun rəisi ayətullah Haşimi Rəfsəncaninin qızı, Faizə Haşimi mayın 15-də “Euronews” telekanalına müsahibəsində İrandakı bəhai icmasının liderilərindən olan Fəriba Kamal Abadi ilə görüşünü müdafiə edib. O deyib ki, ölkə mediasında rəsmilərin dilindən ona qarşı edilən etirazlara baxmayaraq, o bəhailərin evinə gedib onlarla görüşməkdən heç də peşman deyil: “Mənim bəhailər məsələsinə baxışım insan hüquqları və ona riayət olunması ilə bağlıdır. Mən Fəriba Kamal Abadinin mənzilinə gedib onunla görüşdüm. Çünki biz 6 ay müddətinə zindanda eyni kamerada olmuşuq, bir yerdə yaşamışıq. Onun görüşünə getmək mənim həm insani, həm də əxlaqi borcumdur. Mən həbsə salınmazdan əvvəl bəhailəri tanımazdım və mənim onlarla heç bir əlaqəm də yox idi. Əslində isə İran İslam Respublikası məni həbs etməklə mənim onlarla yaxından tanış olmağıma şərait yaratdı.

Bəhailərlə yaşadığım bu 6 aylıq həbsi çox sevirəm.  Həmin müddətdə həyatıma yeni bir pəncərə açıldı və mən onlardan (bəhailərdən) çox şeylər öyrəndim. Mən sadəcə olaraq rəfiqəmin görüşünə getmişəm. Bundan da peşman deyiləm. Bu adi bir məsələdir və bununla bağlı bu qədər həngamə salmağa ehtiyac yoxdur. Əgər həqiqətən də mənə etiraz edənlərin din qayğısı varsa, əvvəlcə gedib özlərini islah etsinlər və din adı ilə bu qədər insanlara zülm etməsinlər. Əgər buna etiraz edənlər, ölkədə bəhailiyin yayılmasından nigarandırlarsa, gedib özlərini islah etsinlər və dini düzgün təbliğ etsinlər”.

Beynəlxalq Amnistiya Təşkilatının hesabatına görə, hazırda İranda 300 min bəhai yaşasa da, bəhai dini İran Konstitusiyasında rəsmi bir din kimi tanınmır. Elə həmin səbəbə görə də, ölkədə bəhailər sıxışdırılır, təhsildən məhrum edilir, iş yerlərinə hücumlar edilir, qəbiristanları dağıdılır, müxtəlif bəhanələrlə həbs edilərək işgəncəyə məruz qoyulur və ya edam edilirlər. İran İslam Respublikası bərqərar edildikdən bu günə qədər İranda 200-dən çox bəhai edam edilib.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...