Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

İranlı generaldan ABŞ-a sərt XƏBƏRDARLIQ

ABŞ konqresinin “Nücəba” hərəkatına sanksiya tətbiq edilməsi qərarına reaksiya …

İran Silahlı Qüvvələri Baş Qərargah rəisinin köməkçisi general-leytenant Məsud Cəzayiri ABŞ konqresinin “Nücəba” hərəkatına sanksiya tətbiq edilməsi qərarına reaksiya verib.

Din.az xarici mediaya istinadən xəbər verir ki, sanksiya və təzyiqlərin təsirli ola biləcəyini qeyd edən general Cəzayiri, bu sanksiyalarla mübarizə aparmağı yolları olduğunu və beləliklə də sonda hər şeyi onlar üçün uğurlu bitəcəyini söyləyib.

ABŞ-ın son 40 ildə bölgədə nə etdisə məğlubiyyətə uğradığını qeyd edən general Cəzayiri, müqavimət göstərəcəkləri üçün Amerikanın uğur qazanmasına mane olacaqlarını vurğulayıb. General Cəzayiri həmçinin “Nücəba” hərəkatı və müqavimət qruplarını düşmən mövqeyinə qarşı ayıq olmaları məsələsində də xəbərdarlıq edib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...