Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

İranlı nazir Trampa: Bu fikirlər ancaq silah satdıqlarınızın xoşuna gələ bilər”

Donald Trumpın İran əleyhinə danışıqlarına reaksiya….

İranın Xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ prezidenti Donald Trumpın İran əleyhinə danışıqlarına reaksiya verib.

Din.az xarici mediaya istinadən xəbər verir ki, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif tvitter sosial şəbəkəsində Trampın İran İslam Respublikası və nüvə razılığı ilə bağlı fikirlərinə cavab verib.

İranlı nazir, Trampın bir daha İran və bölgə haqqında səsləndirdiyi fikirləri ancaq cahillikdən irəli gəldiyini qeyd edib. Zərif, indi hər kəsin Trumpın nə olduğunu və İran millətinin yanında olmadığını çox yaxşı bilir:

“Trumpun səsləndirdiyi bu fikirlər ancaq bölgədə Amerikanın silah satdığı müştərilərin xoşuna gələ bilər”, – deyə Məhəmməd Cavad Zərif vurğulayıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...