Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

İranlı nazirdən azərbaycanlıları qəzəbləndirən – QƏRAR/FOTO

Urmiya gölünü unutdurmağa yönəlmiş addım …

İranın Təhsil Nazirliyi ikinci sinifin dərsliyinin üz qabığından Urmiya gölünün xəritəsini silib.

Din.az xəbər verir ki, nazirliyin bu hərəkəti soydaşlarımızın ciddi etirazına səbəb olub. Onlar hesab edirlər ki, bu, böhran içində olan və hazırda 95 faizi quruyan Urmiya gölünü unutdurmağa yönəlmiş bir addımdır. Belə ki, bundan əvvəl 5-ci sinif və daha yuxarı siniflərdə iki dərslikdə Urmiya gölü İran xəritəsindən silinib.

İran Urmiya gölünün qurumasını adi və təbii bir hadisə kimi qələmə verib, hətta onu unutdurmağa çalışdığı bir halda, bəzi ölkələr, o cümlədən Avstraliyada Urmiya gölünün quruması prosesi dərsliklərə salınıb. Dərslikdə Urmiya gölü böhranı insanın yanlışı və təbiətə müdaxiləsinin nəticəsi kimi göstərilir. / Teleqraf.com

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...