Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

İranlı qadın məmurun geyimi etiraz yaratdı – FOTO

Cüneydinin geyimi “İslam Respublikasının prinsip və qaydalarına zidd” adlandırıldı.

İran Prezidenti Həsən Ruhaninin müavini olan Laya Cüneydinin geyimi etiraz yaradıb.

Din.az xəbər verir ki, Yaponiyaya səfər edən xanım Cüneydinin geyimi “İslam Respublikasının prinsip və qaydalarına zidd” adlandırılıb.

Məqalədə qeyd edilib ki, prezident müavininin geyimi bundan sonra diplomat qadınların geyim formalarının dəyişdirilməsinə rəvac verə bilər.

“İranlı qadın diplomatlar xarici səfərlərdə çadra geyinməlidir. Görünür prezidentin hüquqi məsələlər üzrə müavini (Laya Cüneydi) prinsipləri bu cür pozmaqla, gələcəkdə qadınların diplomatik geyimlərinin bu formada olmasına çalışır”,- məqalədə vurğulanıb. / Milli.Az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...