"Cümə" surəsi, 62/9

“Ey iman gətirənlər! Cümə günü namaza çağırılanda Allahı yad etməyə tələsin və ticarəti dayandırın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!”

Bütün xəbərlər »
Qaynar Xəbərlər
FILE - In this Nov. 30, 2006 file photo, unidentified women are seen wearing a niqab during a demonstration outside the Dutch parliament in The Hague, Netherlands. The Belgian parliament is likely to vote Thursday, April 29, 2010 on whether to ban face coverings worn by observant Muslim women. If passed, the ban would make Belgium the first country in Europe to outlaw the face coverings, which include both niqabs and burqas. (AP Photo/ Fred Ernst, File)

İranlı qadınlar, əslində, necə geyinirlər? – FOTO

Share Button

Üslubun əsas elementi hicab olsa da…

İran dedikdə hər kəsin gözünün önündə sanki başqa dünya, ən əsası, islam ənənələri ilə geyinən qadınlar canlanır. Lakin iranlı qızlar heç də bizim təsəvvürümüzdə canlandırdığımız kimi geyinmirlər.

“Din.az” bildirir ki, “publika.az” iranlı dəbsevərlərin, əslində, necə geyindiyini göstərən şəkilləri toplayıb.

Zəngin həyat tərzi

Fars gözəllərinin üslubunun əsas elementi təmtəraq və dəbdəbədir. İranın zəngin qızları təmtərağı və parıltını həddindən çox sevirlər. Bir neçə zinət əşyası ilə heç vaxt kifayətlənmirlər. İranlı qızların geyim tərzi onunla fərqlənir ki, onlar obrazlarını bahalı bəzək əşyaları ilə doldururlar. Eyni zamanda iranlı xanımlar da avropalı dəb həvəskarları kimi “Louis Vuitton”, “Dior”, “Chanel”, “Dolce &Gabbana”, “Prada” brendlərinin əsl pərəstişkarlarıdır. Modapərəstlər bahalı brendləri qarışdırmağı da çox xoşlayırlar.

Eynəklərə olan sonsuz məhəbbət

İran isti ölkə olduğundan buranın dəblə ayaqlaşan qadınları eynəklərə üstünlük verirlər. Lakin onların eynəkləri də zinət əşyaları kimi daş-qaşla bəzədilmiş olur. Təbii ki, onlar tanınmış brendlərin eynəklərini seçirlər. İranlı qızların “instagram” bloqlarında istənilən zövqə uyğun çox mürəkkəb çərçivəli eynəklərə rast gəlmək mümkündür.

Kontur makiyaj

İranlı qızlar gözəlliyini konturlu makiyajla vurğulayırlar.  Hətta havaların isti olması da onların həddindən artıq makiyaj etməsinə mane olmur.

Üslubun əsas elementi – hicab

İranlı qızların heç də hamısı qapqara hicaba bürünmürlər. Lakin yaylıqlar və şallar onların üslubunun ayrılmaz elementidir. İranlı qızların başına yaylıq bağlaması əxlaq rəmzi sayılır. Buna baxmayaraq, iranlı qızlar kifayət qədər açıq köynəklər və cırıq cinslər də geyinirlər. Yeri gəlmişkən, qeyd edək ki, yaylıq bağlamaq sənətində iranlı qızların tayı-bərabəri yoxdur.

Süni sarışınlar

Amerika və Avropa gözəllik standartlarının təsiri o qədər güclüdür ki, İranda qızlar şəvə kimi qapqara saçlarını dəb naminə heç düşünmədən saraldırlar. Sarı saçlarla iranlı qızların qara dərisi bir-biri ilə harmoniya yaratmasa da, dəb təqibçiləri bu məsələdə olduqca iddialıdırlar.

Bahalı avtomobillərdə selfi

İran modapərəstləri üçün bahalı avtomobildə şelfi çəkmək “Chanel” çanta və ayaqqabıları qədər vacibdir.

20160804114952-70427-3

 

20160804114953-89726-3

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top