Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

İraq din xadimləri Gürcüstan Patriarxı II İlya ilə görüşüb

Mayın 13-də Gürcüstan patriarxlığında Gürcüstanda səfərdə olan İraq din xadimi Ayətullah Şəhristaninin rəhbərlik etdiyi  nümayəndə heyəti Gürcüstan Patriarxı II İlya ilə görüşüb. “Din.az” xəbər verir ki, APA-nın Gürcüstan bürosunun məlumatına görə, Pravoslav Kilsəsi rəhbərliyinin və Dini Məsələlər üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə təşkil olunan görüşdə çıxış edən Gürcüstan Patriarxı II İlya, Ayətullah Şəhristani, Dini Məsələlər üzrə Dövlət […]

Mayın 13-də Gürcüstan patriarxlığında Gürcüstanda səfərdə olan İraq din xadimi Ayətullah Şəhristaninin rəhbərlik etdiyi  nümayəndə heyəti Gürcüstan Patriarxı II İlya ilə görüşüb.

“Din.az” xəbər verir ki, APA-nın Gürcüstan bürosunun məlumatına görə, Pravoslav Kilsəsi rəhbərliyinin və Dini Məsələlər üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə təşkil olunan görüşdə çıxış edən Gürcüstan Patriarxı II İlya, Ayətullah Şəhristani, Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze, Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov və İranın Gürcüstandakı səfiri Abbas Talebifar belə görüşlərin müsəlman və xristian xalqları arasında dostluğu və ölkələr arasında əlaqələri möhkəmləndirdiyini bildiriblər.

2e30e7ef6027efb54c1ec4a8fdd93e39

c132a919ed412f6b12453d6a102e71b5

Görüşdə dinlərarası dialoqun vacibliyindən, dinlərin dostluq, qarşılıqlı hörmət və tolerant şəraitində inkişaf etdirilməsinin vacibliyindən söhbət açılıb.

Din xadimləri qeyd ediblər ki, dünyada yaşanan terror hadisələrinin coğrafiyası olmadığı kimi dini də yoxdur: “Bu gün din adına törədilən terrordan bir tək müsəlman ölkələri əziyyət çəkmir, həmçinin bəzi Avropa ölkələrində də terrorlar törədilir. Məlum olduğu kimi bütün sülh və barışa səsləyən ilahi dinlər ekstremizmi lənətləyir. Bu kimi problemlərin və ümumiyyətlə, dini sahədə bir çox məsələlərin həllində dini icmaların birgə hərəkət etmələri, sülh və barışa səsləyən bəyanatları mühüm əhəmiyyət kəsb edir.” Görüşün sonunda Ayətullah Seyid Cavad Şəhristani Gürcüstan Patriarxı II İlyaya hədiyyələr təqdim edib.

016168f6fcebd165af4c52f348470b8d

5ed5b27807e29c8f7081e4c275db3bb9

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...