Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

İraq Suriya ilə sərhəddə divar tikir

Suriya ilə sərhəd boyu “təhlükəsizlik divarı” inşa edilir.

İraq terrorla mübarizə məqsədi ilə Suriya ilə sərhəddə divar tikir.

Din.az bildirir ki, İraq Suriya ilə sərhəd boyu “təhlükəsizlik divarının” inşasına başlayıb. Qeyd edilir ki, bu addım İŞİD terrorçularının Suriyadan İraq ərazisinə keçməsinin qarşısının alınması üçün atılır.

İraqın sərhəd qoşunlarının rəsmisi Ənvər Həmid Nayef bildirib ki, həmin divar müşahidə qüllələri, termal ötürücülər və sərhəd bölgəsində hərəkəti izləyəcək digər cihazlar ilə təchiz ediləcək.

Hasarın uzunluğu 20 km olacaq. O, əl-Qaim şəhərindən şimala doğru uzanacaq.

Qeyd edək ki, İraq-Suriya sərhədinin ümumi uzunluğu təxminən 600 km-dir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...