Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

İraqda 16 türkiyəli qadın ölüm cəzasına məhkum edilib

Qadınlar terrorçulara yardım göstərdiklərini etiraf ediblər.

İraq məhkəməsi İŞİD sıralarına qoşulmuş 16 türkiyəli qadını ölüm cəzasına məhkum edib.

Din.az APA-ya istinadən xəbər verir ki, qadınlar terror hücumlarının törədilməsində terrorçulara yardım göstərdiklərini etiraf ediblər.

Məhkumların məhkəmənin qərarından şikayət vermək hüququna malik olduğu bildirilir.
Türkiyə vətəndaşı olan daha 10 qadın müxtəlif həbs cəzalarına məhkum ediliblər.

Qadınlar uzun müddət İŞİD-in nəzarətində olmuş Mosul və Təl Afar bölgələrində saxlanılıblar.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...