Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

İraqda terrorçular məscidi partladıblar

Partlayışa görə İŞİD terror qruplaşmasının məsuliyyət daşıdığı bildirilib.

İraqın Salah-əd-Din əyalətində terrorçular ötən gecə məscidi partladıblar.

Din.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, məscid binasına ciddi ziyan dəysə də, zərərçəkən yoxdur.

Polis insidenti araşdırır. Yerli KİV-lər partlayışa görə İŞİD terror qruplaşmasının məsuliyyət daşıdığını yazır.

Xatırladaq ki, 2014-cu ildə İŞİD terrorçuları ölkənin bir hissəsini işğal etmiş, Mosulu isə “xilafət”in paytaxtı elan etmişdilər. Lakin 2015-ci ildə İraq hökuməti beynəlxalq koalisiyanın yardımı ilə işğal edilmiş rayonların terrorçulardan azad edilməsi istiqamətində əməliyyata başlayıb. 2017-ci ilin dekabrında isə İraqın baş naziri ölkədə İŞİD üzərində tam qələbə çalındığını elan edib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...