Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

İraqın baş naziri Mosul məscidinin partladılmasını İŞİD-in məğlubiyyəti adlandırıb

“Bu, İŞİD-in öz məğlubiyyətini formal olaraq etiraf etməsi anlamına gəlir”.

Mosulda Ən-Nuri cümə məscidinin partladılması İŞİD terror qruplaşmasının öz məğlubiyyətini etiraf etməsi deməkdir.
Din.az “Report”a istinadən xəbər verir ki, bunu İraqın baş naziri Heydər əl-Abadi deyib.
Baş nazir qeyd edib ki, Əl-Hadba minarəsi və Ən-Nuri məscidinin partladılması İŞİD-in öz məğlubiyyətini formal olaraq etiraf etməsi anlamına gəlir.
Məscid XIII əsrdə inşa edilib və dəfələrlə yenidən qurulub. 2014-cü ildə Əbu Bəkr əl-Bağdadi “xilfət”in yarandığını məhz burada elan edib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...