Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

İraqın şimalındakı kürd muxtariyyətində Novruz bayramı tədbirləri ləğv olunub

Afrin hadisələrilə bağlı Süleymaniyyədə üçgünlük yas elan edilib.

İraqın şimalındakı kürd muxtariyyətində Novruz bayramı tədbirləri ləğv edilib.

Din.az “Report”a istinadən xəbər verir ki, bu barədə bölgənin ən böyük əyalətlərindən biri sayılan Süleymaniyyənin valisi Hafal Əbu Bakrın yazılı açıqlamasında bildirilib.

“Afrində baş verən hadisələrlə əlaqədar Süleymaniyyədə üçgünlük yas elan edilib. Novruz bayramı ilə bağlı bütün tədbirlər ləğv olunub”, – açıqlamada qeyd edilib.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun yanvarın 20-dən davam edən “Zeytun budağı” antiterror əməliyyatı nəticəsində martın 18-də Afrin şəhərinin mərkəzi terrorçulardan təmizləndiyi açıqlanıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...