Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

İRƏVAN AZƏRBAYCANIN BU MƏSCİDİNİ 99 İL MÜDDƏTİNƏ TEHRANA İCARƏYƏ VERİB

İRANLILAR İRƏVAN CÜMƏ MƏSCİDİNDƏ AŞURA MƏRASİMLƏRİNİ KEÇİRİRMİ?

Tomas de Vaal: ”Ermənilər 1760-cı ildən bu məsciddə namaz qılıb, dua edən azərbaycanlıları unutdurmaq istəyirlər…”

Məlum olduğu kimi, işğalçı Ermənistanın paytaxtı İrəvanda Azərbaycanın XVIII əsrə aid olan qədim məscidlərindən biri –Göy Məscid yerləşir.

Din.az-ın bildirdiyinə görə, Moderator.az unudanların nəzərinə çatdırır ki, 2015-ci ilin dekabrında İran və Ermənistan hökumət nümayəndələri arasındakı razılaşmaya əsasən rəsmi İrəvan Azərbaycanın mədəni irsi olan bu məscidi 99 il müddətinə Tehrana icarəyə verib. Və bundan sonra həmin məscidin 7 min kv.m-liksahəsi olan binası və ətraf ərazisində İranın mədəniyyət mərkəzinin fəaliyyət göstərəcəyi qərara alınıb. Ümumiyyətlə, İrəvanı ələ keçirəndən bəri ermənilər daim Göy məscidi “fars məscidi” kimi təqdim etməyə çalışıblar…

Bəs görəsən, İrəvanda yaşayan İran məmurları, iş adamları və ya bu ölkəyə qonaq gələn adi iranlılar həmin məscid məkanında müsəlmanlar üçün müqəddəs bayram və tarixi günləri, eləcə də hazırda yaşadığımız və İran ruhanilərinin böyük önəm verdiyi Məhərrəmilik dönəmini, Aşura mərasimini qeyd və icra etmək imkanına malikdirlərmi? Axı həmin məscidi İranın hesabına bərpa etdirən Ermənistan özünü dünyaya tolerant bir dövlət kimi sırımağa çalışır. Yəqin ki, İranın Azərbaycandakı səfirliyi bu suala cavab tapa bilər…

P.S.Xatırladaq ki, Ermənistan paytaxtı İrəvandakı Göy məscid 1766-ci ildə İrəvan xanı Hüseyn Əli Xan Qacarın əmri ilə tikilib. Eni 66 metr, uzunluğu 97,.2 metr olan məscid Azərbaycanın unikal memarlıq nümunələrindəndir. Göy məscid İrəvandakı əksəriyyəti dağıdılmış və ya erməniləşdirlmiş 12 məscid arasında ölçüsünə görə ən böyüyüdür. Məscid 28 hücrə, kitabxana, ibadətgah və iç həyətdən ibarətdir. Ümumilikdə 7.000 kvadrat metrlik ərazidə yerləşir. İkinci Cahan savaşındən sonra sovet hökumətinin marksist-ateist ideologiyasına uyğun olaraq hündürlüyü 24 metr olan 4 minarədən 3-ü sökülüb. 1952-də isə məscidin bir hissəsi yaxınlıqdakı məktəbin ərazisinə verilib.

Ermənilər XX əsrdə Göy məscidi üç dəfə yandırıblar. İlk dəfə 1918-ci ildə, ikinci dəfə 1955-ci ilin martında. İkinci dəfə yandırılanda azərbaycanlı din xadimi Mahmud Aruzoğlu, həyat yoldaşı və 22 nəfər türk alimi məsciddə ibadət edirmiş. İbadətgah üçüncü dəfə 1988-ci il hadislərindən sonra yandırılıb.

1995–2006-cı məscid İran tikinti şirkətlərinin köməyi ilə bərpa olunub və İranın Ermənistandakı mədəniyyət mərkəzlərindən birinə çevrilmişdir. İngilis tədqiqatçısı Tom de Vaal yazır: “Ermənilərin azərbaycanlılara məxsus məscidin belə asanlıqla yer üzündən silmələrini linqvistik oyun ilə izah etmək olar: Sən demə, Ermənistan azərbaycanlılarını ölkənin tarixindən asanlıqla silmək olar, çünki XX əsrə qədər burada azərbaycanlıları “tatar”, “türk” və ya sadəcə “müsəlman” adlandırırdılar…Bir sözlə, onlar indiki azərbaycanlıların babaları idilər. Beləliklə, ermənilər İrəvanda “fars məscidi” haqqında danışanda, 1760-cı ildən bu məsciddə namaz qılıb, dua edən azərbaycanlıları unutdurmaq istəyirlər”…

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...