Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

İrlandiya müsəlman ölkələrini geridə qoydu – İslam dəyərləri ilə – HESABAT

İrlandiya İslami qaydalarla idarə edilən ölkələr arasında birinci oldu.

“George Washington” Universiteti İslam hüquq qaydalarına əməl edən dünya ölkələri üzərindən hesabat yayımlayıb.

Din.az “A24.az”-a istinadən bildirir ki, hesabatda İrlandiyanın İslami qaydalarla idarə edilən ölkələr arasında birinci olduğu bildirilir.

Səudiyyə Ərəbistanı şəriət qanunlarının tətbiq edilməsi üzrə dünyada 91-ci yerdə, Misir dini qanunların icrasında dünya ölkələri arasında 128-ci sırada yer alaraq araşdırmanın sonunda gəlib.

Araşdırmaya görə, İslamın mətin siyasətinə ən çox bağlı olan ölkələr bunlardır: İrlandiya, Danimarka, Lüksenburq, İsveç və Norveç.

Türkiyə 71, Səudiyyə Ərəbistanı 91, Tunis 72, İsrail 27, Malayziya 33, İordaniya 76, Mərakeş 120, Yəmən 180, Suriya 168-ci yerdə qərarlaşıb.

Araşdırma zamanı 218 ölkənin konstitutsiyaları, idarəetməsi, iqtisadiyyat və vətəndaşlarla qarşılıqlı əlaqələrin əsasları, Quran və Sünnətə aid 113 İslam siyasəti, ədalət, sərvətin bölüşdürülməsi, azadlıqları və iqtisadiyyatı müqayisə edilib.

Əldə edilən nəticələrə görə, İslam ölkələrinin Qurana olan bağlılığının dünyada ilk siralarıda yer almadığını, ancaq İrlandiya, Danimarka və Lüksenburq kimi ölkələrin siyahının başında gəldiyi göstərilib.

İslam ölkəsi olduğumuza inanlar, konstitutsiyamızla “kafirlər”in konstitutsiyası arasında, İslam ölkələrində və Qərbdə rüşvət, korrupsiya, cinayət, fahişəlik və bir çox pis əməllərin göstəricilərini bir qədər qarşılaşdıraq.

Təəssüf ki, Qurani-Kərim bizim sadəcə əlimizdədir, həyatımızda deyil.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...