Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

İrlandiyada Katolik kilsəsi əmlaklarını satışa çıxarır

Katolik kilsəsinə aid təhsil müəssisələrinə tələbat da azalır.

İrlandiyada Katolik kilsəsi əmlaklarını satışa çıxarır. Buna səbəb ölkədə dinə inamın azalması olub.

Rəsmi məlumatlara görə, 10 il əvvəl ölkədə özünü katolik olaraq görənlərin sayı 85 faiz idisə, indi bu rəqəm 75-ə düşüb.

Bu səbəbdən Katolik kilsəsinə aid təhsil müəssisələrinə tələbat da azalır. Ölkədə minlərlə din xadimi yetişdirən Holi Kollecinin tarixi binası yaxın vaxtlarda 95 milyon avroya satılıb.

“Faynenşl Tayms” qəzeti son aylar ərzində katolik inancına aid kilsələrin 190 milyon avroluq satış həyata keçirdiyini yazıb.

Ekspertlərin fikrincə, bu hal digər dini qrupları da öz əmlaklarını satmağa məcbur edə bilər.(Axar.az)

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...