Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

İrqçilər məscidlərə hücum edib: “Yaşasın Hitler” şüarları səsləndirilib

Almaniya şəhərlərindəki məscidlərə “Molotov kokteyli” atıblar.

Almaniyada irqçilər və terrorçuların tərəfdarları bir gün ərzində 3 məscidə hücum edib.

Din.az xəbər verir ki, irqçilər Herne, Amberq və Kassel şəhərlərindəki məscidlərə “Molotov kokteyli” atıblar.

Onlar məscid divarlarına “Bütün əcnəbilər çölə… Yaşasın Hitler” kimi şüarlar yazıblar.

Qeyd edək ki, 2018-ci ilin əvvəlindən bu vaxta qədər irqçilər Almaniyada 40-dan çox məscidə hücum edib. Türkiyə XİN bununla bağlı Almaniyaya iki nota təqdim edib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...