Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

“İş olduğu halda qadınların bədənlərini satması ayıbdır”: “Bu qədər ömrü Allah verdi…”

Onun bütün uşaqlığı yemək və paltar qıtlığı ilə keçib, savadsız kəndlinin oğlu olub.

Din.az xəbər verir ki, Nursultan Nazarbayev gəncləri işdən utanmamağa çağırıb.

“Mən həmişə gənclərə deyirəm ki, mənzilləri təmizləmək ayıb deyil. Elədirmi? İşsiz və bədbəxt olmaq ayıbdır. Bu qədər iş olduğu halda qadınların bədənlərini satması ayıbdır. İndi gənclərlə görüşməzdən əvvəl mənə insanlara xidmət göstərən bir kompaniya təqdim etdilər. Onlar uşaqlara dayəlik edir, kimsə istəyir ki, mənzilini təmizləsinlər, yemək hazırlasınlar. Bu işdir” – Qazaxıstanın “100 Yeni şəxsi” layihəsinin qalibləri ilə görüşdə prezident bildirib.

Dövlət başçısı toplantı iştirakçılarına öz tərcümeyi-halının epizodlarını xatırladıb. Deyib ki, bütün uşaqlığı yemək və paltar qıtlığı ilə keçib, savadsız kəndlinin oğlu olub.

Cənubda böyüdüyümdən, yaydan başlayaraq – alma, xiyar və pomidor yığardıq. Bəlkə də doyana qədər yemədiyimdən sağlam böyüdüm. Bu qədər ömrü Allah verdi”- Nazarbayev qeyd edib.

Dövlət başçısı samandan olan ikiotaqlı evdə böyüdüyünü, məktəbi medalla bitirib, metallurq işlədiyini, valideyinlərinə kömək etdiyini vurğulayıb.

“Bir əlimdə kürək poladəridən kimi işə başladım və heç vaxt prezident olacağımı düşünmədim. Amma əlimdə olan işi vicdanla görməyə çalışdım. Məni dəyərləndirdilər, irəli çəkdilər, 19 yaşımda istehsalat qabaqcılı idim, kombinat öz hesabına məni Karaqanda Politexnik Universitetinə göndərdi. Mən Helsinkidə keçirilən Ümumdünya tələbə-gənclər festivalına nümayəndə oldum. 20 yaşımdaydım. İş elə gətirdi ki, təsadüfən siyasətə gəldim və indi prezidentəm “, – deyə o çıxışına yekun vurub. / Moderator.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...