Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

İsa peyğəmbəri yəhudilər öldürüb?

Qurana görə isə İsa (ə) yəhudilər tərəfindən deyil, Allah tərəfindən vəfat etdirilmişdir.

 

Xristianlar İsa peyğəmbərin ölümündə yəhudiləri günahlandırırlar. Xristianların inancına əsasən İsa təkcə İudaizm daxilində islahat aparan, dinə fərqli yanaşma gətirən insan olmayıb. O, eyni zamanda elit təbəqəyə və gücü əlində saxlayan din adamlarına qarşı da mübarizə aparmışdır. İsa peyğəmbər, o dövrdə güclü ruhani sinfinin olduğu İudaizmdə bərabərliyi müdafiə edən insan olub.

Yəhudilər “Tanrının haqqı Tanrıya, Sezarın haqqı Sezara” (Matta 22:21) deyərək, Roma valisinə İsanın vergiləri bölüşdürdüyü haqda şikayət edirlər. Həmçinin, onun, özünü yəhudilərin kralı elan etdiyini deyirlər. Heç bir iqtidarda olan şəxs özünə ortaq istəmədiyi üçün, Roma valisinin də diqqəti İsaya yönəlir.

Roma valisi Pontius Pilatus İsanı sorğuya çəkir və onun günahsız olduğu qənaətinə gələrək azad etmək istəyir. Lakin yəhudilərin təzyiqi ilə onu bölgənin kralı Kral Hiroda göndərir. Hirod də İsanı sorğu-sual edərək, yenidən valiyə göndərir. Pilatus isə artıq yəhudilərin təzyiqlərinə tab gətirməyərək, onun çarmıxa çəkilərək edam edilməsi əmrini verir. Pilatusun yəhudilərin təzyiqlərinə qarşı gələ bilməməsinin səbəbi imperator qarşısında cavabdeh olduğu valilik bölgəsində yəhudilərlə bağlı xaosun yaranmasının qarşısını almaq istəyindən irəli gəlirdi.

Qurana görə isə İsa (ə) yəhudilər tərəfindən çarmıxa çəkilməmiş, Allah tərəfindən vəfat etdirilmişdir. Yenə də İsa yəhudilər tərəfindən əziyyətlərə məruz qalmış, həvarilərindən müraciətlə “mənim köməkçilərim kimdir?” – deyə soruşmuşdur.

Ey iman gətirənlər! Allahın (dininin və peyğəmbərinin) köməkçiləri olun! Necə ki, Məryəm oğlu İsa həvarilərə: “Allah yolunda mənim köməkçilərim kimdir?”- demiş, həvarilər də: “Allahın köməkçiləri bizik!”- deyə cavab vermişdilər. Nəhayət, İsrail oğullarından bir tayfa iman gətirdi, bir tayfa isə kafir oldu. Biz də iman gətirənləri düşmənlərinə qarşı qüvvətləndirdik və onlar qələbə çaldı. (61:14)

 

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...