Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

İsa peyğəmbərin doğulduğu kilsə Təhlükəli Vəziyyətdə olan Abidələrin Siyahısından çıxarılıb

“Beyt-Ləhm xristianlar üçün müqəddəs şəhərdir və Fələstinin ərazisindədir”.

UNESCO Dünya İrs Komitəsinin 43-cü sessiyasında İsa peyğəmbərin doğulduğu məkanda yerləşən kilsənin və kilsənin daxil olduğu Beyt-Ləhm ərazisinin Təhlükəli Vəziyyətdə olan Abidələrin Siyahısından çıxarılması müzakirə olunub.

Din.az APA-ya istinadən bildirir ki, bununla bağlı təqdimatı Fələstinin UNESCO-dakı səfiri Munir Anastas edib.

O bildirib ki, Beyt-Ləhm şəhəri İsa peyğəmbərin anadan olduğu şəhərdir, müqəddəs yerdir, bütün dinlər və xalqlar üçün açıqdır: “Beyt-Ləhm xristianlar üçün müqəddəs şəhərdir və Fələstinin ərazisindədir. Biz ötən müddət ərzində bu ərazidə, bu kilsədə ciddi quruculuq işləri aparmışıq və artıq kilsə Təhlükəli Vəziyyətdə olan Abidələrin Siyahısından çıxarılmaq üçün tam hazırdır”.

Müzakirədən sonra İsa Məsihin doğulduğu kilsənin və Beyt-Ləhm şəhərinin siyahıdan çıxarılmasına dair qərar qəbul olunub.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...