Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

İsa peyğəmbərin gələcəyini gözləyənlərə… Gözləməyin, gəlməyəcək!

İsa peyğəmbər də Adəm kimi göydən endiriləcəkmi?

Din.az bildirir ki, ilahiyyatçı Elşad Miri bu videoçıxışında İsa peyğəmbərin təkrar gəlişinin mümkün olmadığını Quran ayələrinə əsasən izah edir.

Bu videoda ən çox yayılan xurafatdan söhbət açılır. Çünki bu xurafata təkcə müsəlmanlar deyil, xristianlar da inanırlar.

Bu İsa peyğəmbərin təkrar dünyaya gəlməsinə inanılmasıdır. Dünyada ən çox mənsubu olan iki dinin nümayəndələri – xristianların və müsəlmanların əksəriyyəti İsa peyğəmbərin yenidən gəlişini gözləyirlər.

Bu videoda

İsa peyğəmbərin gəlişi Qiyamətin əlamətidirmi?

İsa peyğəmbər göydə zəkat verirmi?

İsa peyğəmbər də Adəm kimi göydən endiriləcəkmi?

Yəyha peyğəmbər də gələcəkmi?

Allaha yüksəldilənlər kimlərdir?

İsa peyğəmbərə öyrədilən kitab Qurandırmı?

Allah İsa peyğəmbəri sorğu-suala tutacaqmı?

İsa peyğəmbər niyə donuzu öldürüb, xaçı qıracaq?

İsa peyğəmbər sadə insan kimi gələcək, yoxsa nəbi kimi?

Burada bu suallara cavab tapacaqsınız!

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...