"Cümə" surəsi, 62/9

“Ey iman gətirənlər! Cümə günü namaza çağırılanda Allahı yad etməyə tələsin və ticarəti dayandırın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!”

İsa peyğəmbərin Qiyamətin əlaməti olması

Share Button

Biz bu məsələlərə Qurani-Kərimə əsasən yanaşsaq, bu dünyada ola-ola axirət haqqında sənədli film çəkə bilərik!

Quranın Zuxruf surəsinin 61-ci ayəsində İsa peyğəmbər nəzərdə tutulur: “O, həmin saat – Qiyamətdə təzədən diriliş üçün həqiqi bir elmdir (əlamət). Əsla şübhəyə düşməyin və Mənə tabe olun” (“Zuxruf” surəsi, 43/61).

İsa peyğəmbərin atasız olaraq dünyaya gəlməyi indiki dövrdə aparılan kök hüceyrə tədqiqatları üçün olduqca mühüm bir elmdir. Əslində həmin sahə ilə məşğul olanlar bu məsələyə xüsusi diqqət yetirsələr, geniş bir perspektiv qazanarlar.

İnsanlar bir məsələni başa düşməkdə çətinlik çəkirlər: Öldükdən sonra dirilmək necə baş verəcək? Bəli, torpaq analıq edə bilər, bəs ata kim olacaq?

İsa peyğəmbər dünyaya atasız gəlib. Deməli, bu, ata olmadan da mümkündür. Hazırkı tədqiqatlar da onu göstərir. Körpə ata olmadan da doğula bilir.

Təzədən dirilməyin elmi də bu qaydada üzə çıxardıla bilər. Biz bunu bəzən dərslərdə də deyirik; əslində metafizika deyilən bir elm yoxdur. Əgər biz bu məsələlərə Qurani-Kərimə əsasən yanaşsaq, bu dünyada ola-ola axirət haqqında sənədli film çəkə bilərik! Çünki Quran ayələri bizə çox aydın və qəti məlumatlar verir, hər şeyi izah edir.

Ancaq biz təbii ki, Qurandan uzaqlaşdıqca çox yazıq insanlar halına gəlirik.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir