Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

İsa sağdır, qəlbinizin səsinə qulaq asın – VİDEO – FOTO

Papa dünyaya səsləndi…

“İsa Məsih sağdır! Qəlbinizin səsinə qulaq asın, ürəyinizi dinləyin! İsanın kəlamları ümid və ləyaqət verir. Aclıq, səfalət, kasıblıq, yoxsulluq, işsizlik və səfalətin olduğu, miqrantlarla qaçqınların əzab çəkdiyi, çağdaş mədəniyyətin bu insanları qəbul etmədiyi, narkotik maddələr satıcıları, insan alverçiləri, quldarlığın müasir formalarını yaşadanların özlərini rahat hiss etdikləri dünyada qəlblərimiz daşa çevrilməməlidir”.

Dünya katoliklərinin lideri, Roma Papası 1-ci Fransisk dünən Vatikandakı Müqəddəs Pyotr kilsəsində ənənəvi Pasxa ibadətində belə deyib.

Bundan əvvəlsə o, bir neçə insanın vəftiz mərasiminə keçirib. Onların arasında silahlı qulduru, zərərsizləşdirmiş nigeriyalı evsiz-eşiksiz miqrant da vardı.

2013-cü ildə Roma Papası seçiləndən sonra 1-ci Fransisk artıq 6-cı Pasxanı qeyd edir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...