Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

İşğalçı İsrail süni zəlzələ ilə Əqsa məscidini dağıda bilər – Faciəvi plan

İsrail Yaxın Şərqdə gərginlik mənbəyi olaraq qalır.

Fələstinli din xadimləri İsrail rejiminin müqəddəs Qüds şəhərində süni zəlzələ yaradaraq əl-Əqsa məscidini uçurmaq planları barədə xəbərdarlıq ediblər.

Din.az xəbər verir ki, ötən ayın əvvəllərində İsrailin şimalında və yaxın bölgələrdə baş vermiş bir neçə zəlzələdən sonra fələstinli müsəlman və xristian ruhanilər bəyan ediblər ki, İsraildəki bəzi qüvvələr əl-Əqsa məscidini yerlə yeksan etmək, onun yerində isə Yəhudi Məbədini inşa etməyi planlaşdırırlar. Qeyd olunub ki, bu məqsədinə çatmaq üçün İsrail rəhbərliyi Qüdsdə baş verən zəlzələlərdən istifadə edə, yaxud süni zəlzələlər yarada bilər.

Qüds şəhərinin sabiq müftisi, əl-Əqsa məscidinin xətibi Şeyx İkrima Səbri xəbərdarlığında bildirib ki, müqəddəs məbədin altında İsrailin apardığı qazıntı işləri dayanmaq bilmir, əksinə daha da gücləndirilib və daha riskli nəticələrə yol aça bilər: “Bu qazıntı işləri qəbuledilməzdir, bu əməllər əl-Əqsa məscidinə qarşı amansızlıqdır. Bütün əlamətlər bunu göstərir ki, işğalçı rejim məscidi dağıtmaq üçün nəsə hazırlayır. Biz bundan xəbərdar olmalıyıq ki, işğalçılar məscidi dağıtmaq üçün, hətta zəlzələ belə yarada bilərlər. Artıq məscidin altında çoxşaxəli və dərin tunellər şəbəkəsi qazılıb”.

Qüdsün Yunan Ortodoks kilsəsinin arxiyepiskopu Ətallah Hənna isə bunları deyib: “Baş verənlər təhlükəli bir planın tərkib hissəsidir, bu plan əl-Əqsa məscidinin dağıdılmasına yönəlib. Hər gün barəsində eşitdiyimiz süni zəlzələ söhbətləri bunu deməyə əsas verir ki, əl-Əqsanı və Qüdsdəki digər tarixi, dini abidələri dağıtmaq üçün böyük bir zəlzələ törədilə bilər”.

Qeyd edək ki, buna bənzər fikirləri Qüdsün və Fələstin hökumətinin müftisi Məhəmməd Hüseyn, həmçinin İsraildə İslam Hərəkatının Şimal Qanadının sədr müavini Kamal əl-Xətib də səsləndirib.

Bundan başqa İordaniyanın “əl-Düstur” gündəlik qəzetinin əməkdaşı Kamal Zəkərnə yazıb ki, İsraildə baş vermiş son zəlzələlər işğalçı rejimin yerin altında həyata keçirdiyi nüvə, yaxud digər dağıdıcı silahın sınaqları ilə əlaqədardır. İsrail rejimi bu silahları məhz əl-Əqsa məscidini, Qübbətüs-səhranı və Müqəddəs Qəbir kilsəsini dağıtmaq üçün inkişaf etdirir. / İslaminSesi.info

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...