Fatihə surəsi, 6 və 7-ci ayə

Bizi doğru (düz) yola yönəlt! Nemət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olmuşların və (haqdan) azmışların (yoluna) yox!

Bütün xəbərlər »
Qaynar Xəbərlər
0918C429-7F9C-465C-8E5A-FB3C33F5AB59_mw1024_s_n

İŞİD Allahşükür Paşazadəni ölümlə təhdid etdi – FOTO

Share Button

İŞİD terror təşkilatı internetdə özündə Azərbaycanın din xadimlərinə təhdidlər ehtiva edən video yerləşdirib. Videoçarx İŞİD-in […]

İŞİD terror təşkilatı internetdə özündə Azərbaycanın din xadimlərinə təhdidlər ehtiva edən video yerləşdirib. Videoçarx İŞİD-in rusdilli mediaqrupu olan «Furat» tərəfindən yayımlanıb.

“Din.az” xəbər evrir ki, bir müddətdən sonra video həm “YouTube”, həm də “DailyMotion” hostinqlərindən xaric edilib və buna səbəb kimi, videoçarxın «istifadə qaydalarını pozması» göstərilib.

Lakin özünü Türkiyə, Azərbaycan və Şimali Qafqaz üzrə analitik kimi təqdim edən və Suriyadakı «mülayim müxalifət»i təbliğ edən “NotrhCaucasus” adlı “Twitter” mikrobloqlar servisi istifadəçisi “virtualaz.org”a videomüraciətin qısa məzmununu açıqlayıb.

Videoçarx «Ribat torpaqlarından işğal altındakı Azərbaycana ismarıc» (ribat — ön cəbhə — virtualaz.org) adlanır. Görüntülərdə rusdilli azərbaycanlı yaraqlı çıxış edir. O, özünü «Qafqazlı Abdulla» adlandırır və iddia edir ki, Qusar rayonunun Urva şəhərindəndir. Dediyinə görə, 2001-ci ildən İslamı qəbul edib və artıq 3 ildir ki, Suriyadadır. Əvvəllər «Cəbhətül-Nusra»nın tərkibində vuruşsa da, indi İŞİD-ə keçib.

144097_src

Suriyaya «Qafqazlı Abdulla» dostu Əli ilə birlikdə gəlib, lakin onu 5 ay öncə öldürüblər. “NorthCaucasus” yazır ki, çıxışında cihadçı Qafqazın şeyxülislamı Allahşükür Paşazadəni və yerli sələfilərin (vəhhabilərin) lideri Qamət Süleymanovu ölümlə təhdid edir.

axar.az1391686298qamet-1

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

1 şərh İŞİD Allahşükür Paşazadəni ölümlə təhdid etdi – FOTO üçün

  1. nanay dedi:

    mene her gun cadu olunur,hele tarixde bele bir shey olmayib dehshet…..men bu cadulari temizledikce bunlar daha da tekrar edirler…..mene soxulub edirler,sanki men yoxam, bunlar hem ozlerinde,hem de mendedirler. deyirsen de ele oz bildiyin edir,o deyir sene ele gelir, yeqin ki,butun bunlari yashamayan bilmez. bir sozle acik-ashkar kahbelik edirler,….harda?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top