Bəqərə surəsi, 6-cı ayə

(Ya Rəsulum!) Həqiqətən, kafirləri əzabla qorxutsan da, qorxutmasan da, onlar üçün birdir, iman gətirməzlər.

İŞİD bəhanəsiylə İslam ölkələrini hədəf göstərdi

Share Button

“İŞİD-lə mübarizədə Rusiya ilə çox yaxın müttəfiq ola bilərik”.

Donald Tramp ABŞ prezidentliyi vəzifəsinə 9 gün qalmış Nyu Yorkda jurnalistlərin suallarına cavab verib.

“Din.az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Donald Tramp ötən gün jurnalistlərin suallarını cavablandırıb. Rusiyaya meyllilik nümayiş etdirən Tramp İŞİD-i bəhanə edərək İslam ölkələrinə müdaxilə edəcəyini vurğulayıb.

011

Rusiyaya simpatiyası ilə tənqid edilən Tramp fikirlərini belə səsləndirib: “Əgər Vladimir Putin Donald Trampı sevirsə, bunu müəyyən məsuliyyət deyil, dəyər hesab edirəm. İŞİD-lə mübarizədə Rusiya ilə çox yaxın müttəfiq ola bilərik”.

Tramp yalnız Rusiyanın deyil, bir çox ölkənin ABŞ-a qarşı kiber hücumlar həyata keçirdiyini, bunda hazırki hökumətin böyük günahının olduğunu bildirərək həmin kiber hücumlara qarşı güclü təhlükəsizlik sistemi yaratmaq üçün təcrübəli heyət qurduğunu qeyd edib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir