Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

İŞİD dünyaca məşhur markalardan geyinir – FOTO

Modaçı İŞİD-çi terrorçulardan ilhamlanıb bir marka da hazırladı

Qanlı terror qruplaşması İŞİD-in “Chanel”, “Ralph Lauren” kimi dünyaca məşhur markaların geyimlərini geyinərək qarşı tərəfdə “al məni” təəsüratını yaratmağa çalışdığı aşkarlanıb.

İŞİD-in qanlı terror hücumlarını gerçəkləşdirmək üçün qruplaşmaya insanların yığılmasını təmin edən şəxslərin dünyaca məşhur markalar olan “Chanel”, “Ralph Lauren”dən geyindiyini və gəncləri razı salmaq üçün CİA-nın (Central intelligency Agency) psixoloji üsullarından istifadə etdikləri ortaya çıxıb.

“Din.az” Türkiyə mediasına istinadən xəbər verir ki, dünya, terror təşkilatı olan İŞİD-i seyrə dalıb. Qanlı təşkilat dünyanın dörd bir yanında hücumlar həyata keçirir. Başda ABŞ olmaqla İŞİD bütün ölkələrdə İslamı hədəfə alıb. Lakin aparılan araşdırmalar İŞİD-in tərkibində minlərlə əcnəbi vətəndaşın olduğunu da aşkarlayıb. Bu təcavüzkarların 30 mindən çox olduğu bildirilir.

Xüsusilə, İngiltərə, Fransa, Almaniya, ABŞ və Belçikadan çoxlu sayda insanın İŞİD-ə qatıldığı ortaya çıxıb. İŞİD mövzusunda ikiüzlü davranan dünya bu dəfə terrorun dəbinə bürünüb. İŞİD-in tərkibində əcnəbilərin olduğu 304 nəfərlik zəngin görünüşlü terrorçuların aşkarlandığı açıqlanıb. ABŞ-da təhsil alan bu qrupun tanınmış markaların geyimlərini geyinib Şərq və Şimali Afrika ölkələrində universitetlərin ətrafındakı kafelərə getdiyi müəyyən olunub.

Terror qruplaşmasının üzvlərinin “Chanel”, “Ralph Lauren”, “Diesel” kimi məşhur markaları geyinib zəngin uşaqlarına bənzədiklərini ortaya çıxarıb. Bu tərkibin ABŞ-ın gizli xidməti CİA tərəfindən tətbiq olunan “inandırmaq texnikası”ndan istifadə etdikləri açıqlanıb. Digər tərəfdən İŞİD-in qanlı dəbinə canlı bombalar da qatılıb.

1(297)

İŞİD-in əlində intihar silahları ilə birlikdə 400 nəfərlik canlı bomba qrupunun olduğu ortaya çıxıb. İŞİD məktəblərində canlı bomba tədrisi verilən bu gənclərin 20 ölkədən İŞİD-ə qoşulduqları müəyyənləşib. Aralarında ingilis, amerikalı, fransız, alman, tunisli və liviyalının da olduğu canlı bombaların hər an əmr gözlədiyi bildirilir.

Bu günə qədər 100-dən çox canlı bomba hücumları həyata keçirən İŞİD-in xüsusi “beyni yuma” taktikasından istifadə etdikləri açıqlanıb.

ABŞ hər zaman İŞİD-i qınadı. Lakin ötən il ABŞ-da İŞİD şousu var idi!

Nyu York moda həftəsinə qatılan bir modaçı İŞİD-çi terrorçulardan ilhamlanıb bir marka hazırlayıb.

Belə ki, İŞİD-in üzvləri dünyəvi moda nəhəglərinin markalarını geyinib canlı bomba üçün dünya universitetlərində tələbə ovuna çıxır.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...