Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

İŞİD əsirliyindəki uşaq və qadınlar xilas edildi

İŞİD terror təşkilatının mövqelərinə qarşı əməliyyat keçirilib.

Suriya ordusu Palmira bölgəsində İŞİD terror təşkilatının mövqelərinə qarşı əməliyyat keçirib.

Din.az Teleqraf.com-a istinadən xəbər verir ki, əməliyyatda terror təşkilatının saxladığı əsirlər azad edilib.

Qarşıdurmada terrorçuların hamısı öldürülüb və İŞİD-in bölgədəki yeganə qruplaşması tamamilə dağıdılıb.

Əməliyyat nəticəsində ümumilikdə 19 qadın və uşaq terrorçulardan xilas edilib.

Qeyd edək ki, iyulun 25-də Şüveyda şəhəri İŞİD-in hücumlarına məruz qalmışdı. Terrorçular gözlənilməz hücumda çoxlu sayda insanı qətlə yetirmişdi. Bir çox insan isə əsir götürülmüşdü.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...