Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

İŞİD-in partlatdığı məscid bu haldadır – FOTO

İŞİD-in İraqdakı məğlubiyyətinin simvolu…

“İraq və Şam İslam Dövləti” (İŞİD) terror təşkilatının İraqın Mosul şəhərində partlatdığı Əl Nuri məscidinin fotoları və videogörüntüləri yayılıb.

Din.az “Milli.Az”a istinadən bildirir ki, 2014-cü ildə İŞİD Mosulu ələ keçirəndən sonra bu məsciddə terror təşkilatının rəhbəri Əbubəkir əl Bağdadi “İslam Dövləti”nin yarandığını bəyan etmişdi.

Mosulun terrorçulardan azad edilməsi ilə bağlı əməliyyat başlayandan bəri şəhər məhəllələri ilə irəliləyən İraq hərbçiləri və koalisiya qüvvələri artıq məscidin 50 metrliyindədir.

Məscidin İraq hərbçilərinin nəzarətinə keçməsi İŞİD-in İraqdakı məğlubiyyətinin simvolu olacaq.

İraq ordusunun xüsusi təyiantlı qüvvələrinin general-leytenantı Əbdul Vəhhad əl Səadi deyib: “Onlar bilirdilər ki, Mosulu artıq əldən verirlər və məscidə də girəcəyik. Məscidə daxil olmağımıza bir neçə saat qalmış oranı partlatdılar”.

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...