Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

İŞİD-in “qadın bazarı”: Təcavüz, şantaj, cinayət, edam… – Şok

“Bu günədək yezidi, süryani, ərəb və digər millətlərdən olan minlərlə qadın bu bazarda satılıb”.

“İŞİD terror təşkilatının Türkiyədə qurduğu qadın ticarəti bazarı araşdırılmalıdır”.

Din.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Türkiyə parlamentinin deputatı Sera Kadıgil (CHP) məlumat verib.

Deputat İŞİD-in əlində 6 yaşdan 70 yaşadək 5-7 min qadının olduğunu bildirib:

“Bu günədək yezidi, süryani, ərəb və digər millətlərdən olan minlərlə qadın bu bazarda satılıb. İndi də bu qadınlar təcavüzə uğrayır, öldürülür və onlar buna görə intihar etməyin yollarını axtarır.

Satışlar internet üzərindən həyata keçirilir. “Müharibə qəniməti” kimi qəbul edilən azyaşlı qız uşaqları və qadınlar kütləvi şəkildə təcavüzə məruz qalır. Bu qadınlar a 50 – 8 min dollar arasında qiymət qoyulur”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...